Teref.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Ağcakənd kəndi istiqamətində, günorta saatlarında baş verib.
Müdafiə Nazirliyinin Kəlbəcər rayonunda dislokasiya edilmiş hərbi hissəsinin müddətdən artıq hərbi qulluqçusu Ayxan Camalzadə mühəndis-istehkam fəaliyyəti zamanı minaya düşüb.
O, ayaq nahiyəsindən xəsarət alıb və hərbi hospitala aparılıb. Faktla bağlı araşdırma aparılır.