Tərtərin hərbi prokuroru işdən çıxarıldı

20-04-2022, 20:18           
Tərtərin hərbi prokuroru işdən çıxarıldı
Tərtər rayonunun hərbi prokuroru işdən çıxarılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Tərtər rayon hərbi prokuroru Hümmət Məmmədov tutduğu vəzifədən azad edilərək, Respublika Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət şöbəsinin rəisi təyin edilib.

Baş prokurorun digər əmri ilə Respublika Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı Emin Vəliyev tutduğu vəzifədən azad edilərək, Tərtər rayon hərbi prokuroru təyin olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru