Nazir tanınmış polis rəisini işdən çıxardı

21-04-2022, 11:27           
Nazir tanınmış polis rəisini işdən çıxardı
Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Rəhim Novruzov vəzifəsindən azad edilib.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə R.Novruzov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, R.Novruzov uzun illər daxili işlər orqanlarında xidmət edib. O, xeyli müddət Laçın və Cəlilabad rayonlarının polis rəisi vəzifəsini tutub (qafqazinfo).












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.