62 yaşlı jurnalist əsirdir - Daha bir azərbaycanlı Ukraynada əsir düşdü

21-04-2022, 20:14           
62 yaşlı jurnalist əsirdir - Daha bir azərbaycanlı Ukraynada əsir düşdü
Daha bir azərbaycanlı Ukraynada əsir düşüb.
Bu barədə onun qohumu, jurnalist Esmira Qasımova sosial şəbəkələrdə məlumat paylaşıb.
Bildirib ki, əmisi oğlu Hafiz Qasımov (Kasumov) Ukraynada gedən döyüşlərdə Zaporoje vilayəti Enerqodar şəhərində ruslara əsir düşüb.
O, uzun müddət, 1980-ci illərdən Ukraynada yaşayır. Hazırda 62 yaşı var.
Jurnalist H. Qasımovun tapılması üçün onlara köməklik edilməsini xahiş edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.