Onun əmri bizə göstəriş deyil – Rus əsgərləri “Azovstal”ı atəşə tutmaqda davam edirlər

22-04-2022, 00:13           
Onun əmri bizə göstəriş deyil – Rus əsgərləri “Azovstal”ı atəşə tutmaqda davam edirlər
“Rusiya hərbçiləri Mariupoldakı “Azovstal” zavodunu bombalamaqda və atəşə tutmaqda davam edir.” Bu barədə şəhər merinin müşaviri Petr Andryuşenko məlumat verib.

O qeyd edib ki, hazırda “Azovstal” sənaye zonasının ərazisinin atəşə tutulması davam edir.

“Eyni zamanda “Azovstal” ərazisindən xeyli aralıda yerləşən tramvay deposunun ərazisində də döyüşlər gedir”, – o deyib.

Xatırladaq ki, bu gün Kremldə müdafiə naziri Sergey Şoyqu ilə görüş zamanı Rusiya prezidenti Vladimir Putin “Azovstal”a hücumu qadağan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru