Timsah sürüsü kəndin altı sakinini PARÇALADI

22-04-2022, 09:37           
Timsah sürüsü kəndin altı sakinini PARÇALADI
Tanzaniyanın Kimaramisale kəndində bədbəxt hadisə baş verib.

Paralel.az xarici KİV-ə istinadən xəbər verir ki, kəndən keçən Ruvu çayından su götürməyə gələn sakinlər timsah sürüsünün hücumuna məruz qalıb.

Yırtıcılar bu ilin yanvar-mart ayları arasında 6 nəfəri parçalayaraq yeyiblər.

Onlardan biri də kənd ağsaqqalı Salum Bonqonun atasıdır. O, kənd sakinlərini təhlükəsizlik baxımından çaya yaxınlaşmamağa çağırıb.

Hökumət kəndin üzləşdiyi problemi nəzarətə götürüb. Hazırda insanların çaydan təhlükəsiz şəkildə su gətirmələri üçün plan hazırlanır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.