Bakıda polis mayorunun törətdiyi dəhşətli qətlin TƏFƏRRÜATI - Qadının iki uşağı var imiş

22-04-2022, 19:07           
Bakıda polis mayorunun törətdiyi dəhşətli qətlin TƏFƏRRÜATI - Qadının iki uşağı var imiş
Bakıda baş verən qətl və intihar odlu silahla törədilib.

Teref.az xəbər verir ki, bu barədə lent.az-a Günay Cabbarovanın qonşuları bildirib.

Məlum olub ki, hadisənin baş verdiyi Nərimanov rayonu Qarabağ küçəsi 26 ünvanında həmin vaxt silah səsi eşidilib. Həmin ünvanda Günay Cabbarova qalırmış. Bu ev də onun atasının evi olub.

Ehtimala görə, hadisəni törədən müstəntiq polis mayoru Tural Aslanov əvvəlcə Günay Cabbarovanı vurub. Daha sonra o, özünə də atəş açaraq, həyatına son qoyub.

Qonşuların bildirdiyinə görə, G.Cabbarova əvvəllər ailəli olub. 3-5 yaşlarında iki övladı var. Ata və anası xeyli müddətdir ki, dünyalarını dəyişiblər. Polis mayoru T. Aslanov isə subay idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru