Rus hərbçilər 19-cu əsrə aid mərmər UNİTAZI OĞURLADILAR

23-04-2022, 09:26           
Rus hərbçilər 19-cu əsrə aid mərmər UNİTAZI OĞURLADILAR
Rus hərbçiləri 19-cu əsrə aid mərmər unitazı oğurlayıblar.

Sozcu.az xəbər verir ki, bu barədə “Popov mülkü” tarixi-memarlıq muzey-qoruğunun direktoru Anna Qolovko məlumat verib.

Zaporojye vilayətinin Vasilyevski rayonunda Rusiya ordusunun əsgərləri artilleriyadan atəş açıblar və “Popov mülkü” tarixi-memarlıq muzey-qoruğunu qarət ediblər.

“Götürülə bilən hər şey çantalarla çıxarılıb. Ofis avadanlığı sındırılıb və tapdalanıb. Bütün qapılar, pəncərələr sındırılıb. Yolda rast gəlinən hər şey məhv edilib”, – deyə Anna Qolovko bildirib.

Rus hərbçiləri özləri ilə 19-cu əsrə aid mərmər unitazı da götürməyi unutmayıblar.

“Bu unitaz ilk dəfə bolşeviklər tərəfindən oğurlanıb. Daha sonra oğruların nəslindən biri əsəri muzeyə “qaytarıb”! İndi də təzə işğalçılar bədbəxt unitazı yenidən oğurlayırlar”, – deyə muzeyin rəsmisi Vladislav Moroko bildirib.konkret












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru