Ukrayna Aİ-yə tam üzv olacağı tarixin proqnozunu verdi 23-04-2022, 10:24 Ukrayna 2024-cü ildə Avropa İttifaqına daxil olmaq niyyətindədir.Bu barədə Ukrayna baş nazirinin birinci müavini - iqtisadiyyat naziri Yuliya Sviridenko bildirib.“Biz bu ilin yayında Aİ-yə namizəd statusunu alacağımızı gözləyirik”, - deyən nazir ərizənin birinci hissəsinin artıq təqdim olunduğunu deyib.O, həmçinin söz verib ki, ölkə Aİ-yə üzvlük üçün bütün tələbləri eyni sürətlə yerinə yetirəcək.“Ukrayna 2024-cü ildə Avropa Birliyinin tamhüquqlu üzvü olmağı gözləyir”, - deyə Sviridenko sözlərini yekunlaşdırıb.Mənbə: Ukrainskaya Pravda Facebook-da paylaş