Ukrayna daha bir neçə yaşayış məntəqəsini azad etdi

25-04-2022, 08:09           
Ukrayna daha bir neçə yaşayış məntəqəsini azad etdi
Ukrayna hərbçiləri Nikolayev vilayətinin daha bir neçə yaşayış məntəqəsinə nəzarəti bərpa edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Pivden” əməliyyat komandanlığının sözçüsü Vladislav Nazarov məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya qüvvələri Nikolayev və Xerson vilayətlərində ələ keçirdikləri əraziləri qorumağa, həmçinin diversiya-kəşfiyyat əməliyyatları aparmağa çalışır:

“Ukrayna bölmələri tərəfindən düşmənin iki diversiya-kəşfiyyat qrupunun irəliləmə cəhdinin qarşısı alınıb. Heyətin 50 %-ni itirən diversiya-kəşfiyyat qrupu geri çəkilib. Eyni zamanda Xerson vilayətinin inzibati sərhədlərinin yaxınlığında yerləşən Nikolayev vilayətinin 5 yaşayış məntəqəsinə nəzarət bərpa olunub”.

V.Nazarov əlavə edib ki, işğalçılar 73 canlı qüvvə və “Pantsir S1”, avtomobil və zirehli nəqliyyat vasitəsi daxil olmaqla 7 texnika itirib.

Xatırladaq ki, ötən gün “Pivden” əməliyyat komandanlığının sözçüsü Xerson vilayətinin 8 yaşayış məntəqəsinə nəzarətin bərpa edildiyini açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru