Rusiyanın 2 təyyarəsi, 4 tankı məhv edildi 26-04-2022, 08:18 Donbasda Ukrayna ordusu son sutka ərzində rus işğalçılarının 6 hücumunu dəf edib, 2 təyyarə və 3 PUA-nı vurub.Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Birləşmiş Qüvvələr Əməliyyatı "Facebook"da məlumat yayıb.Həmçinin, ukraynalı müdafiəçilər 4 tank, 5 artilleriya sistemi, 13 zirehli maşın, 15 texnika, iki tanker və bir zenit sistemini məhv ediblər. Facebook-da paylaş