Qazaxıstanda evlər su altında qaldı 26-04-2022, 12:05 Qazaxıstanın Türküstan vilayətində güclü yağışlar selə səbəb olub."Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Kazıqurt rayonunda bir neçə kənddə 50-dən çox evi su basıb.200 nəfər təhlükəsiz əraziyə təxliyə edilsə də, sonradan evlərinə qayıdıb. Sarapxana və Kakpak kəndlərində 400 baş mal-qara tələf olub. Facebook-da paylaş