Polşada rusiyalı və belaruslu casuslar saxlanılıblar

28-04-2022, 00:04           
Polşada rusiyalı və belaruslu casuslar saxlanılıblar
Polşa xüsusi xidmət orqanları Belostok şəhərində casusluqda şübhəli bilinən Rusiya və Belarus vətəndaşlarını saxlayıb.

Bu barədə Polşa xüsusi xidmət orqanlarının işini koordinasiya edən nazirin mətbuat katibi Stanislav Jarin məlumat yayıb.

Saxlanılan şəxslər uzun müddət Polşada yaşayıblar.

İddia olunur ki, Rusiya və Belarus vətəndaşları hərbi hissələr, onların texnikası və şəxsi heyətlə bağlı məlumatlar toplayıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.