Daha bir baltalanma: bu dəfə Cəlilabadda...

28-04-2022, 11:11           
Daha bir baltalanma: bu dəfə Cəlilabadda...
Cəlilabadda kişi baltalanıb.

Teref.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsinə aprelin 27-də Qarazəncir kəndində kənd sakini, əvvəllər məhkum olunmuş Çingiz Bayramovun münaqişə zəminində həmkəndlisi, əvvəllər məhkum olunmuş Cəmil Bayramovun baş və bel nahiyələrinə balta ilə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ç.Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29, 120.1-ci (Adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.