VK “Yandex.News” və “Yandex.Zen”i alacaq

29-04-2022, 09:43           
VK “Yandex.News” və “Yandex.Zen”i alacaq
VK "Yandex.News" və "Yandex.Zen" xidmətlərini alacaq. "Yandex"in verdiyi məlumatdan aydın olur ki, müvafiq müqavilə də artıq imzalanıb.

““Yandex, “Yandex News” və “Zen” xidmətlərinin satışı ilə bağlı VK ilə müqavilənin əsas şərtləri haqqında müqavilə imzalayıb. Müqavilənin şərtləri ətraflı şəkildə daha sonra açıqlanacaq” – deyə paylaşımda qeyd olunur.

“Yandex”dən verilən informasiyaya görə, müqavilə Federal Antiinhisar Xidməti (FAX) tərəfindən də təsdiqlənməlidir.

İnternet nəhənginin hər iki xidməti satmaq niyyəti barədə martin ortalarında digər sosial şəbəkələr də şirkətin planları barədə məlumatlı olan mənbələrə istinadən yazırdılar. Mənbələrdən biri “Yandex”in iqtisadi vəziyyətin dəyişməsi fonunda qərar verdiyini, digəri isə şirkətin satış haqqında hələ bir neçə il əvvəl düşünməyə başladığını iddia etmişdi.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru