Ermənistan ordusunun əsgəri hərbçi yoldaşı tərəfindən güllələnərək öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumata görə, hadisə dünən saat 19:20 radələrində baş verib. Belə ki, N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət qulluqçusu, 2002-ci il təvəllüdlü Samvel Sanoyan hərbçi yoldaşı tərəfindən güllələnib.