Kabildə məsciddə partlayış olub - 50-yə yaxın insan ölüb 30-04-2022, 00:01 Əfqanstanın paytaxtı Kabildə məsciddə partlayış olub.APA “Reuters“ə istinadla xəbər verir ki, hadisə nəticəsində 50-dək insan ölüb.Əfqanıstan mətbuatının verdiyi məlumata görə, partlayış Dar-ül-Aman küçəsi yaxınlığındakı Xəlifə Sahib məscidində namazdan sonra baş verib.Taliban hərəkatının yaratdığı müvəqqəti hökumət partlayışı pisləyib.Qeyd olunub ki, müqəddəs Ramazan ayında bu cür hadisənin baş verməsi yolverilməzdir. Facebook-da paylaş