4 nəfərlik ekipaj həlak olub

2-05-2022, 09:58           
4 nəfərlik ekipaj həlak olub
Kanadanın Ontario şəhərində kiçik təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfərlik ekipaj həlak olub. SİA xəbər verir ki, bu barədə dünən “CTV” kanalı məlumat yayıb.

Qeyd olunur ki, faciə şənbə günü, aprelin 30-da vilayətin şimal-qərbində, yaşayış məntəqələrindən xeyli uzaqda baş verib.

Ölkənin Kral Hərbi Hava Qüvvələrinin ictimaiyyətlə əlaqələr üzrə əməkdaşı bildirib ki, xilasedicilər təyyarəni üzərində quraşdırılmış transponderdən istifadə edərək aşkar ediblər. Axtarışlara Ontario hökumətinin helikopterinin və Mülki Hava Axtarış və Xilasetmə Dərnəyinin bir qrupunun cəlb edildiyi bildirilir.

Ölkənin Nəqliyyatın Təhlükəsizliyi Şurası qəzanın səbəblərini araşdırır. Verilən məlumata görə, hazırda müstəntiqlər hadisə yerindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru