BAKIDA DƏHŞƏT: özünü binadan atan məktəbli qız kişinin başına düşdü - YENİLƏNİB

3-05-2022, 16:05           
BAKIDA DƏHŞƏT:
Bu gün Bakının Xətai rayonunda məktəbli qız intihar edib.
Teref.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Q.Məmmədov küçəsində yerləşən çoxmərtəbəli binada 02.05.2005-ci il təvəllüdlü Xumar Babayeva özünü yaşadığı binanın 7-ci mərtəbəsindən binadan atıb.

Nəticədə o, binanın qarşısında dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üstünə düşüb. 17 yaşlı Xumar aldığı xəsarətlərdən hadisə yerində ölüb. N.Zahidov isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, ötən gün Xumarın doğum günü olub.

***13:09

Bakıda məktəbli intihar edib.

Teref.az lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində qeydə alınıb.

İlkin məlumata görə, 11-ci sinifdə oxuyan qız özünü binadan atıb. Nəticədə o yol keçən kişinin üstünə düşüb. Qızın öldüyü, kişinin isə vəziyyətinin ağır olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru