Rusiya ordusu Mariupolda Azovstal zavoduna hücuma başlayıb

3-05-2022, 16:26           
Rusiya ordusu Mariupolda Azovstal zavoduna hücuma başlayıb
Rusiya ordusu Ukraynanın Mariupol şəhərindəki Azovstal zavoduna hücuma başlayıb.

“Report” UNIAN-a istinadən xəbər verir ki, “Azov” alayının komandirinin müavini Sviatoslav Palamar bu barədə yerli mətbuata danışıb.

“Bütün gecə boyu başımıza bomba yağdırıblar, nəticədə iki nəfər mülki qadın ölüb, indi də Azovstal zavoduna hücuma başlayıblar. Hazırda zavoda soxulmağa çalışırlar”.

Qeyd edək ki, Azovstal zavodunda sığınacaqlarda qalmış mülki sakinlərin təxliyəsinə mayın 1-dən başlanılıb. Şəhər meri Vadim Boyçenko bildirib ki, 100-dən artıq mülki şəxsi çıxarda biliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru