Kürdəmirdə suvarma suyu üstündə kütləvi dava - 5 YARALI VAR

4-05-2022, 00:04           
Kürdəmirdə suvarma suyu üstündə kütləvi dava - 5 YARALI VAR
Kürdəmir rayonunda kütləvi dava baş verib.

KONKRET.az xəbər verir ki, Qarasu kəndindəki hadisə zamanı Allahverənov Əfqan Gülü oğlu özünə məxsus əkin sahəsini suvaran zaman həmkəndlisi Məmmədov Abdulla Nuru oğlu ilə aralarında mübahisə yaranıb. Bu zaman onlar bir-birlərinə müxtəlif dərəcəli xəsarətlər yetiriblər.

Bundan sonra mübahisəyə onların yaxınları da müdaxilə edib, kütləvi dava baş verib.

Dava zamanı kənd sakinləri, Allahverənov Əfqan Gülü oğlu, Allahverənov Allahverən Gülü oğlu, Allahverənov Fəxrəddin Gülü oğlu, Allahverənov Daşqın Gülü oğlu, qarşı tərəfdən isə Məmmədov Abdulla Nuru oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru