Rus ordusu 100-dən çox itki verdi, əsirlər var

4-05-2022, 10:45           
Rus ordusu 100-dən çox itki verdi, əsirlər var
Zaporojye vilayətində həlak olan 100-dən çox rus hərbçisinin cəsədi Qorlovka morquna çatdırılıb, bir qrup rus isə Zaporojye istiqamətində əsir götürülüb.

Axar.az xəbər verir ki, bu barədə Zaporojye regional hərbi idarəsi məlumat yayıb.

“Zaporojyedə rus qoşunları Orexov istiqamətində hücum əməliyyatı həyata keçirdilər, lakin yenə də uğursuz oldular. Orda həlak olan 100-dən çox rus hərbçisinin cəsədi Qorlovka (Donetsk vilayəti - red.) mərkəzi morquna çatdırılıb. Bundan əlavə, Zaporojye istiqamətində müdafiəçilərimiz bir qrup rusiyalını də əsir götürüb”,- məlumatda deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru