Şirin qəfəsinə girən kişi canını zorla qurtardı — FOTOLAR

6-05-2022, 00:04           
Şirin qəfəsinə girən kişi canını zorla qurtardı — FOTOLAR
İngiltərədə qorxunc hadisə baş verib.

Demokrat.az xəbər verir ki, İngiltərədə Mayk Hodc adlı heyvanxana işçisinin başına iş gəlib. O, məlum olmayan səbəblə şirlərin qəfəsinə girib. Elə hər şey də bundan sonra olub. Belə ki, Mayk qəfəsdən tam çıxarkən ayağı sürüşüb və şir də onun ayağından tutaraq içəri çəkib.

Heyvanxanın mühafizəçiləri nə qədər etsələr də, onu şirin əlindən qurtra bilməyiblər və havaya atəş açmağa məcbur olublar. Yalnız bundan sonra şir Maykı buraxıb.

72 yaşlı Mayk xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyati təhlükəsi olmadığı bildiriblər.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru