“Pandemiya səbəbindən 15 milyon insan ölüb” - ÜST

6-05-2022, 08:57           
“Pandemiya səbəbindən 15 milyon insan ölüb” - ÜST
Dünyada izafi ölüm halları 14,9 milyon nəfər təşkil edib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytında bildirilib.

Qeyd olunub ki, izafi ölüm halları birbaşa (xəstəlik) və dolayısı ilə (pandemiyanın səhiyyə sistemi və cəmiyyətə təsiri) COVID-19-la bağlı olub.

Koronavirus və pandemiyanın təsirindən ən çox ölüm Cənub-Şərqi Asiya, Avropa və Amerikada (86%) qeydə alınıb. Həmçinin, kişilər arasında ölüm hallarının ümumi sayı qadınlara nisbətən daha çox olub (müvafiq olaraq 57% və 43%).

Qeyd edək ki, təşkilatın məlumatları rəsmi COVID ölümlərinin sayından 2,5 dəfə çoxdur. Belə ki, müxtəlif ölkələrin səhiyyə nazirliklərinin hesabatlarına görə, dünyada 15 milyon deyil, 6,2 milyon insan koronavirus səbəbindən dünyasını dəyişib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru