Ukrayna Silahlı Qüvvələri sutka ərzində Donbasda Rusiya ordusunun 8 hücumunu dəf edib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Birləşmiş Əməliyyat Qüvvələri Komandanlığı məlumat yayıb.
Bundan əlavə, Ukrayna hərbçiləri qarşı tərəfin 3 tankını, 9 artilleriya sistemini, 7 zirehli döyüş texnikasını, 3 ədəd xüsusi avadanlıq və bir avtomobilini məhv edib.