İlon Mask tviter gəlirlərini beş dəfə artırmağı planlaşdırır

7-05-2022, 10:03           
İlon Mask tviter gəlirlərini beş dəfə artırmağı planlaşdırır
Tviter kompaniyasının səhmdarı İlon Mask 6 il ərzində şirkətin gəlirini beş dəfədən çox artırmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Times” investorlar üçün məlumat təqdimatlarına istinadla məlumat yayıb. Məlumatda bidirilib ki, Mask 2028-ci ilə qədər tviterin illik gəlirini 26,4 milyard dollara çatdırmağı planlaşdırır. Ötən il bu rəqəm 5 milyard dollara yaxın olub. Eyni zamanda o, reklam gəlirləri ilə abunələrdən əldə olunan vəsaitlərin nisbətini sonuncunun xeyrinə dəyişmək istəyir. Beləliklə, altı ildən sonra ödənişli abunələrdən əldə olunan gəlir 10 milyard dollara çatmalıdır.

Sahibkar, həmçinin sosial media istifadəçilərinin sayının 2028-ci ilə qədər dörd dəfədən çox artacağını - 2021-ci ilin sonundakı 217 milyon istifadəçidən altı il sonra 931 milyona çatacağını gözləyir. Eyni zamanda, Maskın planlarına görə, onlardan 104 milyonu ödənişli abunəçi olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru