Ruslar “Qrad”la uşaqları ÖLDÜRDÜ

7-05-2022, 23:19           
Ruslar “Qrad”la uşaqları ÖLDÜRDÜ
Rusiya ordusu Luqansk vilayətinin Privolye kəndində zərbələr endirib.

Redaktor.az xəbər verir ki, bu barədə Luqansk hərbi-mülki administrasiyasının rəhbəri Sergey Qaydai məlumat verib.

O bildirib ki, zərbələr nəticəsində 11 və 14 yaşlı iki uşaq həlak olub. Kəndin "Qrad" raket sistemləri ilə atəşə tutulduğu qeyd edilib.

Hücumlar zamanı 12 və 8 yaşlı iki qız, habelə 69 yaşlı bir qadın yaralanıb. Sergey Qaydai əlavə edib ki, polis hələ də kənddə araşdırma aparır, qurbanların sayı daha çox ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru