Ukrayna Belqoroda doğru hərəkət edir, ruslar acizdir

8-05-2022, 10:49           
Ukrayna Belqoroda doğru hərəkət edir, ruslar acizdir
Ukrayna ordusunun əks-hücumları Xarkovdan şimal-şərqdə daha da genişlənib və yaxın günlərdə Rusiya ilə sərhədə doğru irəliləyəcək.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun mayın 7-nə olan hesabatında bildirilib.

Qeyd olunub ki, Ukrayna ordusu rusların hücumlarını Barvenkoda (İzyumdan cənub-qərbdə) dəf edir, ruslar isə görünür, Slavyansk istiqamətinə hücum cəhdlərindən imtina ediblər.

“Ukraynanın əks-hücumu rusları Xarkovu artilleriya məsafəsi zonasından çıxrmaq və Belqorod istiqamətində Rusiya sərhədinə çıxmaqdır. Hazırkı irəliləyiş tempini nəzərə alsaq, ruslar əlavə qüvvələrlə belə Ukrayna Silahlı Qüvvələrinin Rusiya ilə sərhədə çatmasının qarşısını ala bilməyəcəklər”, - məlumatda qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru