Tviterə yeni funksiya gəlir

9-05-2022, 11:22           
Tviterə yeni funksiya gəlir
Məşhur sosial media platforması olan Tviterə yeni funksiya əlavə edilir.
Bakupost.az xəbər verir ki, məlumata görə, bundan sonra istifadəçilərin paylaşımlarını yalnız seçdikləri insanlar görə biləcək.
Bu yenilik eynilə İnstaqramın “Yaxın dostlar” funksiyasını xatırladır.
Hələ sınaq mərhələsində olan bu funksiya ictimailəşdikdən sonra istifadəçilər 150 nəfərə qədər dostlar üçün tvitlərini açıq şəkildə paylaşa biləcəklər.
Yalnız seçilmiş insanların görə biləcəyi və cavablandıra biləcəyi bu paylaşımlar Tvitteri daha faydalı platformaya çevirəcək.
Xatırladaq ki, amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask ötən günlərdə tviter sosial şəbəkəsini alıb.
O, bunun üçün 44 milyard ABŞ dolları ödəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru