NATO-nun baş katibi koronavirusa yoluxub 11-05-2022, 09:12 NATO-nun baş katibi Yens Stoltenberqin koronavirus testi müsbət çıxıb.Bu barədə çərşənbə axşamı alyansın nümayəndəsi Oana Lunqesku özünün “Twitter” səhifəsində məlumat verib.Lunqesku qeyd edib ki, Stoltenberq buster doza da daxil olmaqla, tam peyvənd olunub.Onun sözlərinə görə, baş katib xəstəliyi yüngül formada keçirir və yaxın gələcəkdə öz vəzifələrini məsafədən icra etməyə davam edəcək. Facebook-da paylaş