Bill Qeyts koronavirusa yoluxub

11-05-2022, 09:39           
Bill Qeyts koronavirusa yoluxub
“Microsoft” şirkətinin yaradıcısı Bill Qeyts koronavirusa yoluxub.

“Report”un məlumatına görə, bu barədə o özü tviter hesabında yazıb.

"Mənim COVID-19 üçün testim müsbət oldu. Yüngül əlamətlər hiss edirəm və mütəxəssislərin məsləhəti ilə sağalana qədər özümü təcrid edirəm", - Bill Qeyts bildirib.

Qeyts tam peyvənd olunduğunu və buster dozanı aldığını söyləyib.

Sahibkar əlavə edib ki, onun yaratdığı Qeyts Fondu ("Gates Foundation") tərəfdaşlarla işləməyə davam edəcək və dünyanın bir daha pandemiya ilə üzləşməməsi üçün mümkün olan hər şeyi edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru