Amerikalı polis demensiya xəstəsi olan 75 yaşlı qadını evinin qapısında güllələdi - FOTO/VİDEO

13-05-2022, 09:55           
Amerikalı polis demensiya xəstəsi olan 75 yaşlı qadını evinin qapısında güllələdi - FOTO/VİDEO
ABŞ-da polis demensiya xəstəsi olan 75 yaşlı qadını evinin qapısında güllələyib. Səbəbi isə qadının “bıçağı at” əmrinə tabe olmaması olub.

Hadisə Nyu-Meksiko ştatında qeydə alınıb. Ameliya Bakanın qızı polis idarəsinə zəng edərək anasının qəribə hərəkətlər etdiyini, həyatı üçün qorxduğuna görə qonşu otaqda qapını bağlayaraq gizləndiyini deyib. Hüquq mühafizəçiləri dərhal hadisə yerinə yollanıblar. Qapını onların üzünə yaşlı qadının nəvələri açıblar. Onlar çölə çıxdıqdan sonra isə polis qadından əlindəki bıçağı yerə atmasını istəyib. Qadın ona ispan dilində cavab verərək əmrə tabe olmayıb. Bu an hüquq mühafizəçisi iki dəfə atəş açıb. Baka yerindəcə keçinib.
Nəvələrin sözlərinə görə, onlar əvvəlcə polisin qadını elektroşokerlə vurduğunu düşünüblər, ancaq qadının həqiqi silahla öldürüldüyünü görəndə şoka düşüblər.

“Mən dəfələrlə onlara “nənəmə atəş açmayın, o, ruhi xəstədir” dedim. Bunu nə qədər dediyimi xatırlamıram”, - deyə qadınlardan biri ifadəsində bildirib.

Onun sözlərinə görə, nənəsini güllələyəcək qədər təhlükə yox idi. Onların nənələrinə yaxınlaşmalarına isə digər polis mane olub.

Sonradan məlum olub ki, Ameliya Baka ümumiyyətlə ingilis dilində bilmirmiş.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru