Hərəkətdə olan avtomobildə huşunu itirən sürücünün xilas anı - VİDEO

13-05-2022, 11:04           
Hərəkətdə olan avtomobildə huşunu itirən sürücünün xilas anı - VİDEO
ABŞ-ın Florida ştatında hərəkətdə olan avtomobilin sürücüsünün halı pisləşib.

Bayılan sürücü qadının başqa maşında olan iş yoldaşı bunun fərqinə vararaq dərhal köməyə qaçıb.

Təhlükəsizlik kameralarında əks olunan görüntüdə qadın hərəkət edən avtomobili saxlamağa çalışır. Digər sürücülər də müdaxilə edərək maşını dayandıra bilirlər. Onlardan biri sürücünün yanındakı oturacağın şüşəsini qıraraq qapıları açıb. Qadın sürücü əvvəlcə huşsuz vəziyyətdə olsa da, sonradan özünə gəlib.

Onun vəziyyətinin yaxşı olduğu bildirilir.

Mənbə: Haber7












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru