Ananın uşağı yatızdırmağından “istifadə edən” qağayı onun dondurmasını oğurladı - FOTO

13-05-2022, 11:17           
Ananın uşağı yatızdırmağından “istifadə edən” qağayı onun dondurmasını oğurladı - FOTO
BBC-nin aparıcılarından Aleks Hamfris təsadüfən şahidi olduğu qəribə hadisənin görüntülərini paylaşıb. Hadisə o əmisi qızı Luiza və onun övladı ilə gəzintidə olarkən baş verib. Belə ki, uşağını yatızdıran qohumu vaxtdan səmərəli istifadə edərək dondurma yemək istəyib. Ancaq, bu ona qismət olmayıb. Belə ki, sahildə uçuşan qağayılardan biri şığıyaraq onun dondurmasını “oğurlayıb”.

Bu anları qeydə almağı bacaran Hamfris “Llandidnoda niyə dondurma yeməməli olduğumuzu acı təcrübə ilə öyrəndik” şərhi sosial şəbəkə hesabından paylaşıb.

Kadrlar istifadəçilər tərəfindən böyük maraqla qarşılanıb. Bəziləri isə bu cür hadisələrin onların da başlarına gəldiyini yazıblar.

“Sahildə balıq burgerlə gəzməyə peşmansan. Dərhal qağayılar peyda olur. Həqiqətən qorxulu anlardır, çünki dimdikləri iti olur və səni yaralaya bilərlər”, - deyə istifadəçilərdən biri yaşadıqlarını bölüşüb.



Mənbə: Daily Mail












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru