"Kadırovçuları" geri çəkdilər

16-05-2022, 17:39           
"Kadırovçuları" geri çəkdilər
Çeçenistanda “kadırovçu”ların Ukraynadakı müharibəyə cəlb edilməsi dayandırılıb. Səbəb isə Ukrayna kəşfiyyatının Çeçenistanın orduya cəlb edilmiş 2500-ə yaxın yaraqlısının şəxsi məlumatlarını dərc etməsidir.

Teref.az axar.az-a istinadla xəbər verir ki, bu barədə Mixail Xodorkovski “Biz izah edə bilərik” Teleqram kanalında məlumat yayıb.

Məlumata görə, “kadırovçular” arasında avtomobil fırıldaqçılığına görə 15 il həbs cəzası çəkən məşhur fırıldaqçı, narkotik satıcısı, adam öldürməyə cəhdə görə cəza çəkmiş şəxs də daxil olmaqla, onlarla cinayətkar, ekstremist və s. yer alıb.

Sözügedən məlumatların yayılmasından sonra Çeçenistan hakimiyyəti öz hərbçilərinin müharibəyə cəlb edilməsini dayandırıb.

Qeyd edək ki, müharibədə Çeçenistandan olan 2500-ə yaxın silahlı iştirak edib. Onlardan 100-ə yaxını öldürülüb, 300-ü yaralanıb, 60-dan çoxu silah və sursatlarını ataraq, Ukraynanı tərk edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru