Qalmaqallı deputat Ukraynanı tərk etdi

17-05-2022, 08:53           
Qalmaqallı deputat Ukraynanı tərk etdi
“Həyat Uğrunda Müxalifət Platforması” partiyasının deputatı Nestor Şufriç Ukraynanı tərk edib.

“Qafqazinfo” “UNİAN”a istinadən xəbər verir ki, bu barədə Çernovtsi vilayət administrasiyasının rəhbəri Sergey Osaçuk məlumat verib. O, Nestor Şufriçin sərhədi “Porubnoye” keçid məntəqəsindən keçdiyini deyib.

Xatırladaq ki, martın 4-də Nestor Şufriçin Kiyevdə saxlanması barədə məlumat yayılmışdı. Hərbçilərin dediyinə görə, deputat paytaxtın müdafiəsinin mövqelərinin fotoşəkillərini çəkərək Rusiya tərəfinə ötürüb. Daha sonra Şufriç barəsində cinayət işi açılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru