Azərbaycanda sabiq deputatın evi yandı

17-05-2022, 09:34           
Azərbaycanda sabiq deputatın evi yandı
Bu gün Şəmkir şəhərində iki mərtəbəli evdə yanğın hadisəsi baş verib.

Teref.az "qaynarinfo"ya istinadən bildirir ki, yanan ev eks-deputat Sona Əliyevaya məxsus olub.

Belə ki, vətəndaş Fuad Taptıq oğlu Süleymanova məxsus ümumi sahəsi 280 kvadratmetr olan ikimərtəbəli beşotaqlı fərdi yaşayış evinin birinci mərtəbəsindəki qarajda yanğın olub. Nəticədə qarajın yanar konstruksiyaları və içərisindəki avadanlıqlar ümumilikdə 20 kvadratmetr sahədə yanıb, ev yanğından mühafizə olunub.

Qeyd edək ki, Fuad Süleymanov Sona Əliyevanın qayınatasıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru