Bir neçə gün əvvəl paytaxtın Nərimanov rayonunda 36 yaşlı Şamil Əliyevin meyitinin tapılması barədə xəbər vermişdik.
Lent.az-ın əldə etdiyi məlumata görə, Ş. Əliyevin meyiti aşkarlanan mzaman onun üzərində zorakılıq əlamətləri olub. Buna görə də, onun qətlə yetirildiyi ortaya çıxıb.
Polis və prokurorluq əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qətl hadisəsinin 33 yaşlı Emil Ağayev tərəfindən aprelin 23-də törədilməsi müəyyənləşib. O, saxlanılaraq, istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, Ş. Əliyevin meyiti mayın 6-da yaşadığı evdən tapılıb.