“Taliban”la taciklər arasında atışma olub
19-05-2022, 07:58

Şer Xan Bəndər yaxınlığında “Taliban” qüvvələri ilə Tacikistan sərhədçiləri arasında toqquşma baş verib.
Künduz vilayətindəki yerli mənbələr iki ölkə sərhədində Tacikistan sərhədçiləri ilə “Taliban” qüvvələri arasında toqquşmaların baş verdiyini bildirib.
“Khaama Press” xəbər verir ki, Künduz vilayətinin İmam Sahib mahalının sakininin sözlərinə görə, toqquşma mayın 16-da Şer Xan Bəndər yaxınlığında baş verib və dörd saat davam edib. O, daha sonra qeyd edib ki, sərhədçilər arasında toqquşmalar şifahi mübahisədən sonra başlayıb və ilk atəşi “Taliban” açıb.

Toqquşma Rusiya Prezidenti Vladimir Putin və Tacikistan Prezidenti Emoməli Rəhmon arasında ikitərəfli təhlükəsizlik məsələlərini müzakirə etmək üçün üç gün əvvəl görüş keçirilərkən baş verib.
Əvvəlki atışmalar Əfqanıstan-Pakistan sərhədində, eləcə də İranla İslam Qala sərhədində də baş verib.
“Taliban”ın yerli rəsmiləri sərhəddəki toqquşmalar barədə hələ ki, açıqlama verməyib.