Moldovanın keçmiş prezidenti Dodon cərimələndi

19-05-2022, 10:44           
Moldovanın keçmiş prezidenti Dodon cərimələndi
Moldovanın eks-prezidenti İqor Dodon “Müqəddəs Georgi lenti”ni taxdığına görə ona protokol tərtib olunduğunu və təxminən 470 dollar cərimə aldığını bildirib və bu qərara etiraz etməyi planlaşdırdığını qeyd edib.

“Hakimiyyət polisə tapşırıb ki, 9 May faşizm üzərində Qələbə günü tədbirlərində qeyd edilən rəmzlərlə iştirak etdiyim üçün mənim adıma protokol tərtib etsin. Mən ölkə rəhbərliyinin bu sui-istifadəsinə bütün məhkəmələrdə etiraz edəcəyəm. Bu konstitusiyaya zidd qanun nəticədə ləğv olunacaq”, – deyə Dodon “Facebook” hesabında vurğulayıb.

Dodon yazısına protokolun fotosunu əlavə edib. Protokolda bildirilir ki, cinayəti törədən şəxs “hərbi təcavüz aktları, müharibə cinayətləri və bu cür hərəkətlərin təbliği və ya təriflənməsi kontekstində tanınmış simvol olan “Müqəddəs Georgi lenti”ni taxıb”. Sənəddə qeyd edilir ki, Dodonu təxminən 470 dollar cərimə gözləyir.

Mənbə: RİA Novosti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru