Su İdmanı Sarayının direktoru işdən çıxarıldı - Yeni direktor təyin olundu + FOTO

25-05-2022, 00:03           
Su İdmanı Sarayının direktoru işdən çıxarıldı -
Bakı Su İdmanı Sarayında direktor dəyişikliyi olub. Oxu.Az-ın xəbərinə görə, Azərbaycan Üzgüçülük Federasiyasının da vitse-prezidenti olan Elçin Həsənov işindən çıxarılıb.

Onun yerinə Zaur Yaqubov təyin edilib. Z.Yaqubov bunadək Azərbaycan Sənaye Korporasiyasının balansında olan “ASK Şüşə” MMC-nin direktoru və “Azəripək” MMC-nin (Şəki İpək Kombinatı) İdarə Heyətinin sədri olub. O yaxın günlərdə Bakı Su İdmanı Sarayının kollektivinə təqdim ediləcək.

Qeyd edək ki, Bakı Su İdmanı Sarayı son vaxtlar özünü maliyyələşdirməkdə çətinliklə üzləşib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru