Lənkəranda qadın qızını müdafiə etmək məqsədilə ərini bıçaqlayıb

16-06-2022, 09:28           
Lənkəranda qadın qızını müdafiə etmək məqsədilə ərini bıçaqlayıb
Lənkəranda arvad ərini bıçaqlayıb.

“Report” xəbər verir ki, hadisə Ürgə kəndində baş verib.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Belə ki, Göyşaban kənd sakini olan Mahir Güloğlan oğlu Rzayev qızını evə gec gəlməsi səbəbindən döyüb.

Ana qızını müdafiə etmək istəyərkən ərinə bıçaqla xəsarət yetirib. M.Rzayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru