AVP Şəmkir rayon təşkilatının konfransı keçirilmişdir.

2-05-2016, 16:40           

Ana Vətən Partiyası Şəmkir rayon təşkilatının növbəti konfransı keçirilmişdir.
İlk olaraq Təşkilat Komitəsinin sədri Nəriman Həsənov hesabat vermişdir. Hesabat qənaətbəxş qiymətləndirilmişdir.
Sonra təşkilati məsələlərə baxılmış və rayon təşkilatının sədri, sədr müavini, rayon Qadınlar Şurasının və Gənclər Təşkilatının sədri, Rayon Məclisinin üzvləri, Rayon Şurası və Nəzarət Təftiş Komissiyasının üzvləri seçilmişdir.
Həsənov Nəriman Allahyar oğlu AVP Şəmkir rayon təşkilatının yeni sədri seçilmişdir.
N.Həsənov çıxış edərək, göstərilən etimada görə partiya üzvlərinə təşəkkürünü bildirmişdir. O, qeyd etmişdir ki, Azərbaycanın böyük siyasi qüvvələrindən olan və xalqın iradəsini ifadə edən partiyanın- Ana Vətən Partiyasının rayon təşkilatina rəhbərlik etmək çox böyük şərəf və məsuliyyətdir.
Konfransın sonunda partiyaya yeni qoşulmuş anavətənçilərə üzvülük vəsiqələri təqdim edilmişdir.
Konfransın işində Təşkilat Şöbəsinin müdiri, Mərkəzi Şura üzvü Azər Quluzadə iştirak etmişdir.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru