Livan XİN: “İsraillə sərhədin demarkasiyasına dair razılaşma sentyabra qədər əldə oluna bilər”

4-07-2022, 10:02           
Livan XİN: “İsraillə sərhədin demarkasiyasına dair razılaşma sentyabra qədər əldə oluna bilər”
Livan dənizdəki neft və qaz yataqlarının işlənməsinə mümkün qədər tez başlamaq üçün İsraillə sərhəd danışıqlarını bərpa etməkdə maraqlıdır.

“Report” xəbər verir ki, bunu “LBCI” telekanalına müsahibəsində ölkənin xarici işlər naziri vəzifəsini icra edən Abdullah Bu Həbib deyib.

“ABŞ-ın himayəsi altında aparılan təmaslar nəticəsində sentyabr ayına qədər tərəflər arasında dəniz sərhədinin demarkasiyasına dair razılaşma əldə oluna bilər”, o vurğulayıb.

Onun sözlərinə görə, Livan hökuməti tərəflər arasında vasitəçi kimi çıxış edən ABŞ Dövlət Departamentinin qlobal enerji təhlükəsizliyi üzrə baş müşaviri Eymos Hokstin vasitəsilə iyunun ortalarında İsrailə çatdırılan təkliflərinə yazılı cavab gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru