İranda kişilərə qəribə qadağalar qoyuldu: Qolu qısa köynək...

5-07-2022, 08:13           
İranda kişilərə qəribə qadağalar qoyuldu:
Xorasan əyalətinin başçısı ölkədə kişilərin də geyiminə nəzarət üçün "əxlaq polisi"nin yaradıldığını bildirib.

Teref.az lent.az-a istinadən bildirir ki, yeni qaydalara görə, ölkədə qadınların hicabına ciddi nəzarət olduğu kimi, kişilər də Qərb mədəniyyətinin əlamətləri sayılan qalstuk, kəpənək qalstuk, dar və qolu qısa köynək, cırıq və yamaqlı şalvar geyə və zinət əşyalarından istifadə edə bilməyəcəklər.

Sivil geyimli "əxlaq polisləri" bütün dövlət idarələrində, şirkətlərdə, klinikalarda və ictimai yerlərdə buna nəzarət edəcək və qaydaları pozanları cəzalandıracaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru