Ağstafada 87 yaşlı kişini avtomobil vuraraq öldürüb 5-07-2022, 10:34 Ağstafa rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.“Report” xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.Ağstafa rayon sakini, 1935-ci il təvəllüdlü Ayqaz Hacıməmməd oğlu Musayevi taksi fəaliyyəti göstərən avtomobil vurub.O, ağır xəsarətlər alaraq xəstəxanaya aparılıb. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, orada dünyasını dəyişib.Faktla bağlı araşdırmalara başlanılıb. Facebook-da paylaş