44 yaşlı kişi 4-cü mərtəbədən yıxıldı

5-07-2022, 09:28           
44 yaşlı kişi 4-cü mərtəbədən yıxıldı
Zaqatalada 44 yaşlı kişi binanın 4-cü mərtəbəsindən yıxılıb.

TEREF.AZ-ın lent.az-a istinadən məlumatına görə, hadisə bu gecə saat 03 radələrində rayonun mərkəzi - Sülh küçəsi 9 saylı çoxmənzilli beşmərtəbəli yaşayış binasında baş verib.

1978- ci il təvəllüdlü Ramil Həbibulla oğlu İbrahimov 4-cü mərtəbədən yerə yıxılıb.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan R. İbrahimov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru