Azərbaycanda qadın ərini döyərək xəstəxanalıq etdi - TƏFƏRRÜAT

5-07-2022, 17:46           
 Azərbaycanda qadın ərini döyərək xəstəxanalıq etdi - TƏFƏRRÜAT
İsmayıllı rayonunda qadın ərinə xəsarət yetirib.

TEREF.AZ-ın Oxu.Az-a istinadən məlumatına görə, S.N. ilə həyat yoldaşı R.N. arasında ailə-məişət zəminində mübahisə yaranıb.

Nəticədə qadın vintaçanla və təpiklə ərinin bədəninin müxtəlif yerlərinə xəsarət yetirib.

R.N. döş qəfəsinin sağ tərəf 8-9-cu qabırğaların sınığı, sol təpə sümüyünün sınığı, döş qəfəsində çoxsaylı deşilmiş yaraları ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru