İsraildə körpələrin Covid-19 əleyhinə peyvənd edilməsinə icazə verilib
6-07-2022, 08:00
İsrailin Səhiyyə Nazirliyi 6 aydan 4 yaşadək uşaqların “Pfizer” və “Moderna” şirkətlərinin koronavirus əleyhinə vaksinləri ilə peyvənd olunmasına icazə verib.
Bununla da İsrail ABŞ-dan sonra dünyada körpələrin peyvəndlənməsinə icazə verən ikinci ölkə olub. İsrailli ekspertlər bildirirlər ki, sözügedən vaksinlərin səmərəlilik dərəcəsi yüksəkdir, yan təsirləri nəzərə alınmayacaq qədər azdır.