Bakıda avtobus qəzası - xəsarət alanlar var - FOTO

6-07-2022, 09:58           
Bakıda avtobus qəzası - xəsarət alanlar var - FOTO
Bakının Nizami rayonunun Qara Qarayev prospektində - metronun “Xalqlar dostluğu” stansiyasının qarşısında “Çinar Trans” MMC-nin istismarında olan 40 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Redaktor.az-a Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən bildirilib.

99 JZ 249 DQN-lı avtobus dayanacağda olduğu zaman qanunsuz sərnişindaşıma ilə məşğul olan 99 DJ 615 DQN-lı Toyota Prius markalı minik avtomobili arxadan avtobusa dəyib.

"Daşıyıcı şirkətdən verilən məlumata əsasən qəza nəticəsində avtobusda olan sərnişinlərdən dörd nəfər və minik avtomobilinin sürücüsü xəsarət alıb", - məlumatda bildirilib.

Hadisə ilə bağlı müvafiq araşdırma aparılır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru